Modern.az

“Sumqayıt” “Səbail”ə qalib gəldi 

 “Sumqayıt” “Səbail”ə qalib gəldi 

İdman

8 Mart 2024, 21:21

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

 

Modern.az xəbər verir ki, günün yeganə oyununda "Səbail" və "Sumqayıt" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da keçirilən matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda yeganə qolu 10-cu dəqiqədə Kazimir Ninqa vurub.

 

Bu nəticədən sonra xallarını 39-a çatdıran "Sumqayıt" ikinci pilləyə yüksəlib. "Səbail" isə 37 xalla üçüncü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, turun növbəti oyunları martın 9-10-da baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi