Modern.az

Arda Gülər qol vurdu, \"Real\" qələbə qazandı 

Arda Gülər qol vurdu, \

10 Mart 2024, 23:58

İspaniya La Liqasında XXVIII turun növbəti oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, "Real Madrid" doğma meydanda "Selta"nı qəbul edib. Görüş "kral klubu"nun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 21-ci dəqiqədə Vinisius Junior açıb. 55-ci dəqiqədə Visente Quaita və 89-cu dəqiqədə Karlos Dominques avtoqol müəllifləri olublar. Matçın yekun nəticəsini 90+4-cü dəqiqədə Madrid klubunun heyətində ilk rəsmi qoluna imza atan Arda Gülər müəyyənləşdirib.

 

Günün digər oyunlarında "Alaves" "Rayo Valyekano"nu 1:0, "Atletik Bilbao" "Las Palmas"ı 2:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, bu nəticədən sonra xallarını 69-a çatdıran "Real Madrid" turnir cədvəlinə başçılıq edir. "Jirona" 62 xalla ikinci, 61 xallı "Barselona" üçüncü pillədə qərarlaşıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi