Modern.az

“Kəpəz”in “Qarabağ”la ev oyunu Bakıda keçiriləcək

“Kəpəz”in “Qarabağ”la ev oyunu Bakıda keçiriləcək

İdman

12 Mart 2024, 12:56

Azərbaycan Premyer Liqasının 28-ci turunun "Kəpəz" - "Qarabağ" matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

 

Məlumatda bilirilib ki, stadionunda əsaslı təmir və yenidənqurma işləri aparılan “Kəpəz”in müraciəti, “Qarabağ” klubunun razılığı ilə Gəncə təmsilçisi 28-ci turdakı ev oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək".

 

Matç martın 29-da olacaq və saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, "Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu bir müddətdir təmirdədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi