Modern.az

Güləşçilərimiz Qazaxıstanda 10 medal qazandılar

Güləşçilərimiz Qazaxıstanda 10 medal qazandılar

İdman

13 Mart 2024, 17:42

Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turniri başa çatıb.

 

Modern.az xəbər verir ki, 10 ölkənin təmsil olunduğu yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən U-20 milli komandanın 10 üzvü fəxri kürsüyə qalxıb.

 

Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram) və Davud Məmmədov (77 kq) çempion olub. İsmayıl Rzayevlə (82 kiloqram) gümüş Əli Quliyev (87 kiloqram) gümüş, Hüseyn Savadovla (55 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram), Təvəkgül Həziyev (67 kiloqram), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medal əldə edib.

 

Beləliklə, komandamız turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medalla başa vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi