Modern.az

Bütün fikrimizi bu matça yönəltmişik - Qurban Qurbanov 

Bütün fikrimizi bu matça yönəltmişik - Qurban Qurbanov 

İdman

13 Mart 2024, 20:38

Bütün fikrimizi bu matça yönəltmişik.

 

Modern.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04"ə qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

 

51 yaşlı mütəxəssis onları vacib qarşılaşmanın gözlədiyini söyləyib: "Son dönəmlərin ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Bu stadionda çıxış etmək xoşdur. Sabah 90 dəqiqə diqqətli olmalıyıq".

 

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi