Modern.az

"İmarət"in qarşısında Allahverdi Bağırovun heykəli - VİDEO 

İdman

14 Mart 2024, 07:51

Yüzlərlə xocalılını xilas edən Milli Qəhrəman Allahverdi Bağırovun Ağdamda abidəsi hazırlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə İTV-nin süjetində bildirilib.

 

Allahverdi Bağırovun abidəsinin Ağdamda əbədiləşdirilməsi təklif edilib.

 

Qeyd olunub ki, 1951-ci ildə Ağdamda ilk futbol stadionu tikilib. Elə həmin illərdə indiki “Qarabağ”, ovaxtkı Ağdam şəhərinin komandası adlı futbol klubu formalaşıb. Müxtəlif illərdə müxtəlif adlarda fəaliyyət göstərən komandadan məşhur futbolçular adını tarixə yazdırıblar. Onlardan biri də Milli Qəhrəman Allahverdi Bağırovdur. 1970-80-ci illərdə o, komandanın kapitanı, daha sonra məşqçisi olub.

 

A.Bağırov 1992-ci ildə 46 yaşında Xocalının Naxçıvanik kəndindən qayıdan zaman minaya düşərək şəhid olub. Allahverdisiz qalan Ağdam bir il sonra, 1993-cü ildə işğal olunaraq, həm stadionsuz, həm də futbolsuz qalıb.

 

Ətraflı süjetdə:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi