Modern.az

“Qarabağ” Avropa Liqasında mübarizəni DAYANDIRDI

“Qarabağ” Avropa Liqasında mübarizəni DAYANDIRDI

İdman

15 Mart 2024, 01:59

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ" "Bayer 04"ə uduzub.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

 

"BayArena" stadionunda oynanılan görüş Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

***

01:53

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçirilən cavab matçında hesab bərabərləşib: 2:2.

 

Modern.az xəbər verir ki, "BayArena" stadionunda oynanılan görüşdə meydan sahiblərinin heyətində Patrik Şik 90+3-cü dəqiqədə qola imza atıb.

 

***

01:34

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçirilən cavab matçında hesab arasındakı fərq azalıb.

 

Modern.az xəbər verir ki, "BayArena" stadionunda oynanılan görüşdə 72-ci dəqiqədə Ceremi Frimponq adını tabloya yazdırıb - 2:1..

***

 

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçirilən cavab matçında ikinci qol vurulub.

 

Modern.az xəbər verir ki, "Qarabağ"ın  67-ci dəqiqədə Olavio Juninyo rəqibi məyus edib.

***

01:16

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçirilən cavab matçında hesab açılıb.

 

Modern.az xəbər verir ki, "Qarabağ" meydan sahiblərini məyus edib.

 

58-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

***

01:07

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında keçirilən cavab matçında ikinci hissə başlayıb.

 

Modern.az xəbər verir ki, "BayArena" stadionunda oynanılan qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.

 

***

00:47

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

 

Modern.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada "Bayer" və "Qarabağ" komandaları arasında cavab matçı başlayıb.

 

Modern.az xəbər verir ki, "BayArena" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

 

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

 

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.

 

***

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

 

"Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka

 

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo

 

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi