Modern.az

“Fənərbağça” 1/4 final mərhələsində

“Fənərbağça” 1/4 final mərhələsində

15 Mart 2024, 00:17

Konfrans Liqasında 1/4 final mərhələsinə yüksələn ilk üç komandanın adına aydınlıq gəlib.

 

Modern.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Fənərbağça" doğma meydanda Belçika təmsilçi "Union"la qarşılaşıb.

 

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşsa da, İstanbul nəhəngi ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub etdiyi üçün adını 1/4 finala yazdırıb.

 

Dörddəbir finala çıxan digər komandalar isə "Fiorentina" (İtaliya ) və PAOK-dur (Yunanıstan).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi