Modern.az

Millimiz Monqolustanı məğlub etdi - Bir qolla...

Millimiz Monqolustanı məğlub etdi - Bir qolla...

22 Mart 2024, 23:10

Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də bəzi matçlar keçirilib.

 

Modern.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisi Tofiq Bəhramov adına Respublika Stadionunda Monqolustanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

 

Matçda yeganə qolu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub.

 

Digər oyunda isə Bolqarıstan Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, Arif Əsədovun başçılıq etdiyi komanda növbəti oyununu martın 25-də Bolqarıstan seçməsinə qarşı keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi