Modern.az

"Qarabağ" "Neftçi"ni darmadağın etdi 

İdman

2 Aprel 2024, 22:09

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

 

Modern.az xəbər verir ki, günün yeganə oyununda "Neftçi" - "Qarabağ" komandaları üz-üzə gəliblər. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qəsəbəsi ilə yekunlaşıb.

 

Matçda hesabı 14-cü dəqiqədə penaltidən Toral Bayramov açıb. O, 29-cu dəqiqədə dublunu rəsmiləşdirib. 37-ci dəqiqədə Marko Yankoviç üçüncü qolu meydan sahiblərinin qapısından keçirib. Matçın yekun nəticəsini 86-cı dəqiqədə Nəriman Axunzadə müəyyənləşdirib.

 

Komandaların arasında cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

 

Qeyd edək ki, yarımfinalın digər oyunu aprelin 3-də "Zirə" və "Qəbələ" arasında keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi