Modern.az

Qurban Qurbanov dünya reytinqində irəlilədi

Qurban Qurbanov dünya reytinqində irəlilədi

İdman

3 Aprel 2024, 13:00

Baş məşqçilərin yeni reytinqi açıqlanıb.

 

Modern.az xəbər verir ki, siyahıda dünyanın ən yaxşı 500 mütəxəssisi yer alıb.

 

Cədvəldə yenə Azərbaycanın bir məşqçisi yer alır. Belə ki, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1 pillə irəliləyib. 52 yaşlı mütəxəssis 1670 xalla 139-cu yerə yüksəlib.

 

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç də mövqeyini yaxşılaşdırıb. Bir pilləlik irəliləyişə nail olan monteneqrolu 1616 xalla 195-cidi.

 

Qeyd edək ki, siyahıya 2221 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI