Modern.az

\"Zarafatıma görə polislər Samir Ələkbərovu saxlamışdı\"

\

4 Aprel 2024, 17:35

“İllər əvvəl Samir Ələkbərovla mən legioner həyatı yaşadığımız üçün milli komandanın oyunundan sonra birbaşa çıxış etdiyimiz ölkəyə yollandıq. Həmin vaxt zarafatıma görə polislər Samir Ələkbərovu saxlamışdı”.

 

Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin veteran futbolçusu, “Səbail” komandasının baş məşqçisi Şahin Diniyev başına gələn maraqlı əhvalatlar barədə danışarkən deyib.

 

58 yaşlı mütəxəssis bildirib ki, aeroportda polislər Samir Ələkbərovu terrorçu hesab etdikləri üçün saxlayıblar: “Mən təyyarədən qorxan insanam. Samir bunu bilsə də, mənimlə zarafatlar etməyə başladı, səfər ərzində məni qorxutdu. Əlbəttə, buna görə özümü həyəcanlı hiss edirdim. Düşündüm ki, bunun əvəzini çıxmalıyam. Aeroportda sənədlərimizi yoxlayan zaman qabağa keçdim. Dili bildiyim üçün polislərə zarafatla Samirin terrorçu olduğunu dedim. Sən demə, bunlar mənim zarafatımı ciddiyə alıblar. Bir də gördüm ki, Ələkbərov əli qandallı gəlir. Məndən polislərə onu buraxmalarını deməyimi xahiş edirdi. İş ciddiləşməyə doğru gedirdi, dərhal polislərə başa saldıq ki, biz futbolçuyuq. Məhz bundan sonra Samiri buraxdılar. Ona dedim ki, bundan sonra mənimlə təyyarə ilə bağlı zarafatlar etmə (gülür)”.

 

Qeyd edək ki, Şahin Diniyev və Samir Ələkbərov doxsanıncı illərdə Azərbaycan millisinin formasını geyiniblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı