Modern.az

İdmançılarımızın aprel ayı üçün reytinq CƏDVƏLİ

İdmançılarımızın aprel ayı üçün reytinq CƏDVƏLİ

İdman

4 Aprel 2024, 17:17

Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il aprelin 1-nə olan reytinq cədvəlini açıqlayıb.

 

GİN-in mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova liderlik edir. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 580 xalla ikincidir. 365 xal toplayan cüdoçu Hidayət Heydərov isə üçüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi