Modern.az

Güləşçimiz Olimpiya Oyunlarına lisenziya QAZANDI

Güləşçimiz Olimpiya Oyunlarına lisenziya QAZANDI

İdman

7 Aprel 2024, 18:19

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Modern.az-ın məlumatına görə, 26 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bunu bacarıb.

 

26 yaşlı Avropa çempionu Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan güclü olub. Qitə çempionlarının duelindən Əliabbas Rzazadə 4:3 hesablı qələbə ilə ayrılıb.

 

Bununla Azərbaycanın Paris-2024-ə lisenziya qazanan idmançılarının sayı 12-yə yüksəlib. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya əldə etmişdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi