Modern.az

Daha 4 idmançımız Avropa Kubokunda mübarizəyə qoşulacaq

Daha 4 idmançımız Avropa Kubokunda mübarizəyə qoşulacaq

İdman

14 Aprel 2024, 11:59

Almaniyanın paytaxtı Berlində davam edən cüdo üzrə Avropa Kuboku turnirinin ikinci günündə Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq.

 

Modern.az-ın Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün başa çatacaq birincilikdə oğlanlar arasında 73 kq çəki dərəcəsində Cəsur İbadlı, 81 kq-da Mehdi Abbasov və Əli Qazıməmmədov, +90 kq çəki dərəcəsində isə Sübhan Axundov qalib adı uğrunda yarışacaq.

 

Qeyd edək ki, yarışın ilk günü idmançılarımız 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi