Modern.az

Daha bir idmançımız Avropa çempionu oldu

Daha bir idmançımız Avropa çempionu oldu

İdman

17 Aprel 2024, 12:00

Azərbaycan idmançısı Tofiq Quliyev bilyard üzrə Avropa çempionu olub.

 

Bu barədə Modern.az-a Azərbaycan Bilyard Federasiyasından məlumat verilib.

 

O, Moldovanın paytaxtı Kişinyovda keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında qızıl medal qazanıb. Yarışda 7 ölkədən 70 bilyardçı mübarizə aparıb.

 

İkinci yeri ukraynalı Dmitro Pokotilski tutub. Digər təmsilçimiz Niyazi Xələfov isə 3-cü pillədə qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi