Modern.az

"Bavariya" və "Real" yarımfinalda

İdman

18 Aprel 2024, 08:10

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Modern.az xəbər verir ki, cavab oyunları çərçivəsində son iki matç baş tutub.

“Mançester Siti” İngiltərədə “Real”la üz-üzə gəlib. Madriddə məhsuldar sülhə imza atan rəqiblər bu dəfə də sülhə razılaşıblar. Hesabı madridlilər açsalar da, mançesterlilər bərabərlik qolunu vura biliblər. 120 dəqiqə ərzibdə qalib müəyyənləşmədiyi 11 merlik zərbələr seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan "Real" cütün qalibi olub.

Münhendə “Bavariya” “Arsenal”ı sınağa çəkib. Kimmixin vurduğu qol almanları yarımfinala yüksəldib.

Qeyd edək ki, yarımfinalda "Borussiya D" - PSJ, "Bavariya" - "Real" matçları baş tutacaq. Oyunlar mayın 2-də və 9-da keçiriləcək.

Çempionlar Liqası
1/4 final, cavab oyunları
17 aprel
23:00. “Bavariya” – “Arsenal” - 1:0
Qol: Kimmiz, 63
İlk oyun – 2:2

23:00. “Mançester Siti” - “Real” - 1:1, 0:0, pen. 3:4
Qollar: De Bruyne, 76 - Rodriqo, 12
İlk oyun – 3:3

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran çalxalanır- Rəisinin dəfnindən dəhşətli görüntülər