Modern.az

Bu gün Konfrans Liqasının yarımfinalçıları müəyyənləşəcək

Bu gün Konfrans Liqasının yarımfinalçıları müəyyənləşəcək

18 Aprel 2024, 11:19

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, baş tutacaq 4 görüşün ardından yarımfinalçılar müəyyənləşəcək.

 

Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Fənərbağça” öz meydanında Yunanıstan klubu “Olimpiakos”la qarşılaşacaq. Səfərdə minimal fərqlə məğlub olan İstanbul nəhəngi doğma arenasında mərhələ adlamağa çalışacaq.

 

Həmçinin digər cütlərin də ilk görüşlərində meydan sahibləri minimalhesablı qələbə qazanıblar. Bu səbəbdən “Fiorentina”, “Lill” və PAOK öz meydanında qələbə qazanmaq məcburiyyətindədirlər.

 

Qeyd edək ki, yarımfinalda “Lill” – “Aston Villa” və “Fənərbağça” – “Olimpiakos” oyunlarının qalibləri, digər iki cütdə mübarizəni davam etdirəcək komandalar isə bir-biriləri ilə qarşılaşacaqlar.

 

UEFA Konfrans Liqası
1/4 final, cavab oyunları
18 aprel
20:45. “Fiorentina” (İtaliya) – “Viktoriya” (Çexiya)

İlk oyun - 0:0.

20:45. “Lill” (Fransa) – “Aston Villa” (İngiltərə)
İlk oyun - 1:2.

23:00. “Fənərbağça” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan)
İlk oyun - 2:3.

23:00. PAOK (Yunanıstan) – “Brügge” (Belçika)
İlk oyun - 0:1.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan dağıdıcı hücum: Rusiyada dəhşət yaşanır