Modern.az

"Fənərbağça" məğlub oldu

İdman

19 Aprel 2024, 07:30

Konfrans Liqasında yarımfinala vəsiqə qazanan son komanda bəlli olub.

 

Modern.az xəbər verir ki, Yunanıstanda keçirilən ilk görüşdə "Olimpiakos"a 3:2 hesabı ilə uduzan "Fənərbağça" bu dəfə eyni rəqiblə İstanbulda üz-üzə gəlib. "Sarı-lacivərdilər" əsas və əlavə vaxtda 1:0 üstün olduğu üçün penaltilər seriyası oynanılıb. Burada isə daha dəqiq oynayan yunanlar (3:2) adını yarımfinala yazdırıblar.

 

"Olimpiakos" 1/2 finalda İngiltərənin "Aston Villa" komandası ilə qarşılaşacaq.

 

Yarımfinalın digər görüşündə isə "Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) üz-üzə gələcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni deputat TÜRK agenti çıxdı