Modern.az

Nicat Abasov növbəti dəfə məğlub oldu

Nicat Abasov növbəti dəfə məğlub oldu

İdman

19 Aprel 2024, 08:46

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb.

Modern.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XII turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub - 0:1.

Abasov görüşə ağ fiqurlarla başlayıb.

Qeyd edək ki, təmsilçimiz hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla, rəqibləri ilə 1-3-cü yerləri bölüşdürür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…