Modern.az

"Sumqayıt"dan darmadağın 

İdman

19 Aprel 2024, 19:28

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

 

Modern.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. "Turan Tovuz" doğma meydanda "Sumqayıt"la üz-üzə gəlib. Tovuz şəhər stadionunda keçirilən matç qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu nəticədən sonra xallarını 47-yə çatdıran “Sumqayıt” ikinci pilləyə yüksəlib. “Turan Tovuz” isə 42 xalla altıncı pillədə qalıb.

 

Qeyd edək ki, turun digər görüşləri aprelin 20-21-də baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi