Modern.az

"Qəbələ" "Qarabağ"la heç-heçə etdi

İdman

20 Aprel 2024, 19:25

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, “Qarabağ” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Günün digər matçında “Neftçi” “Zirə”nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq matç saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəlib.

 

Tura aprelin 21-də “Araz-Naxçıvan” - “Səbail”, “Kəpəz” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi