Modern.az

Qurban Qurbanovdan "Beşiktaş"la bağlı AÇIQLAMA

Qurban Qurbanovdan

İdman

20 Aprel 2024, 20:56

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Modern.az xəbər verir ki, o, "Beşiktaş" klubuna keçəcəyi ilə bağlı iddialara da cavab verib.

 

Ağdam klubunun baş məşqçisi “Beşiktaş” rəsmisi açıqlayıb ki, baş məşqçi postuna namizədlər arasında sizin də adınız var. Sizə müraciət olunub?" sualına belə cavab verib: 

 

"Çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki bildirilən hər fikir əlavə suallar doğurur".

 

Xatırladaq ki, İstanbul nəhənglərindən sayılan “Beşiktaş” klubunun daha öncə Qurban Qurbanovla danışıqlar apardığı bildirilsə də, “Qarabağ” klubu tərəfindən rəsmi heç bir açıqlama verilməyib. Təcrübəli çalışdırıcı Qurban Qurbanov da daha öncəki mətbuat konfranslarında “Qarabağ” klubundan ayrılmaqla bağlı fikrinin olmadığını bildirməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi