Modern.az

"Neftçi" səfərdə məğlub oldu 

İdman

20 Aprel 2024, 21:20

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Zirə" doğma meydanda "Neftçi"ni qəbul edib. Zirə İdman Kompleksinin stadionunda reallaşan görüş "qartallar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Hesabı 19-cu dəqiqədə penaltidən qonaqların heyətində Emin Mahmudov açıb. 42-ci dəqiqədə Rəhim Sadıxov tablodakı rəqəmləri bərabərləşdirib. Fuad Bayramov 77-ci dəqiqədə komandasını önə keçirib. Matçın yekun nəticəsini 84-cü dəqiqədə Vladislav Kulaç müəyyənləşdirib.

 

Bu nəticədən sonra xallarını 49-a çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. "Neftçi" isə 47 xalla dördüncü yerə enib.

 

Günün ilk oyununda "Qarabağ" və "Qəbələ" qollu heç-heçə edib - 2:2.

 

Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəlib.

 

Tura aprelin 21-də “Araz-Naxçıvan” - “Səbail”, “Kəpəz” – “Sabah” qarşılaşmaları ilə yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok