Modern.az

“Sabah” və “Səbail” qalib gəldi

 “Sabah” və “Səbail” qalib gəldi

İdman

21 Aprel 2024, 21:41

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, “Kəpəz” “Sabah”ı qəbul edib. Görüş “tələbələr”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Günün digər oyununda “Araz-Naxçıvan” və “Səbail” komandaları üz-üzə gəliblər. Bu matç isə ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb

 

Turun daha əvvəl reallaşan qarşılaşmalarında “Sumqayıt” “Turan Tovuz”u 4:1, “Zirə” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. “Qarabağ” – “Qəbələ” oyunu isə qollu heç-heçə ilə bitib - 2:2.

 

Bu nəticədən sonra daha əvvəl çempionluğunu rəsmiləşdirən “Qarabağ” 73 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 49 xalı olan “Zirə” ikinci, eyni xala malik (47 xal) “Sumqayıt” ilə “Neftçi” isə üçüncü və dördüncü pillələri bölüşürlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok