Modern.az

 "Liverpul"dan vacib qələbə

 

İdman

22 Aprel 2024, 00:19

İngiltərə Premyer Liqasında 34-cü turun növbəti oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Liverpul" London səfərində "Fulhem"i 3:1 hesabı ilə məğlub edib.

 

Günün digər oyunlarında "Everton" "Nottingem Forest"ə 2:0, "Aston Villa" "Bournmut"a 3:1, "Kristal Pelas" isə "Vest Hem"ə 5:2 hesabı ilə qalib gəlib.

 

Hazırda turnir cədvəlinə 74 xalla "Arsenal" başçılıq edir. Eyni xala malik "Liverpul" ikinci, rəqiblərindən bir oyun az keçirən "Mançester Siti" isə 73 xalla üçüncü pillədə qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi