Modern.az

“Qarabağ”a Çempionlar Liqasında daha bir rəqib

“Qarabağ”a Çempionlar Liqasında daha bir rəqib

İdman

22 Aprel 2024, 09:50

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, “Virtus” Azərbaycan çempionunun 4-cü mümkün rəqibi olub.

 

Bu klub San-Marinoda çempion titulunu qazanıb. “Cırtdan ölkə” təmsilçisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

 

Bu üzdən də “Virtus” “Panevejis”, “Ordabası” və “Vikinqur” kimi səpələnmiş olan “Qarabağ”ın potensial rəqibidir. Macarıstanda ən güclü olan “Ferensvaroş” isə Ağdam klubu ilə eyni səbətə düşüb.

 

Səpələnmişlər
“Ferensvaroş” (Macarıstan)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya)

 

Səpələnməmişlər
“Panevejis” (Litva)
“Ordabası” (Qazaxıstan)
“Vikinqur” (İslandiya)
“Virtus” (San-Marino)

 

Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Dinamo” (Minsk, Belarus)

 

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi