Modern.az

Millimiz Minskdə ilk oyununa çıxacaq

Millimiz Minskdə ilk oyununa çıxacaq

İdman

23 Aprel 2024, 09:54

Azərbaycanın 17 yaşadək (U-17) futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf turnirində bu gün ilk oyununa çıxacaq.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İlham Yadullayevin yetirmələri “ABFF Technical Center”də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

 

Matç saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, U-17 turnir çərçivəsində həmçinin Özbəkistan və Tacikistan yığmaları ilə üz-üzə gələcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok