Modern.az

Azərbaycan çempionatının qalibi məlum OLDU

Azərbaycan çempionatının qalibi məlum OLDU

İdman

23 Aprel 2024, 18:26

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan final matçında "Azərreyl" və "Abşeron" kollektivləri üz-üzə gəlib.

İlk set 25:13 hesabı ilə "Azərreyl"in xeyrinə başa çatıb. "Abşeron" ikinci seti 25:15 öndə tamamlayıb. Sonra ardıcıl iki setdə 25:21 üstün olan "Azərreyl" rəqibini 3:1 hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub.

Qeyd edək ki, dünən kişi voleybolçular arasında çempionatın final qarşılaşmasında “Azərreyl” kollektivi “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi