Modern.az

"Sumqayıt" "Qarabağ"la oyuna baş məşqçisiz çıxacaq

İdman

24 Aprel 2024, 10:07

"Sumqayıt" komandası "Qarabağ"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXII turunun oyununa baş məşqçisiz çıxacaq.

 

Bu barədə Modern.az-a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

 

Hazırda İspaniyada təcrübə keçən Samir Abasov sözügedən qarşılaşmada texniki zonada yer almayacaq.

 

Qeyd edək ki, aprelin 28-də reallaşacaq "Sumqayıt" - "Qarabağ" matçı saat 20:00-da start götürəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi