Modern.az

Azərbaycan Kubokunda finalçılar məlum olacaq

Azərbaycan Kubokunda finalçılar məlum olacaq

İdman

24 Aprel 2024, 10:46

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaq.

 

Modern.az xəbər verir ki, yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş tutacaq.

 

İlk olaraq "Qəbələ" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb - 2:1.

 

Nəhayət, ikinci finalçının adına Azərbaycan derbisində aydınlıq gələcək. "Qarabağ" - "Neftçi" oyunu saat 20:00-da start götürəcək. İlk dueldə Ağdam klubu rəqibini 4 cavabsız qolla üstələyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi