Modern.az

Azərbaycan kubokunda ilk FİNALÇI

Azərbaycan kubokunda ilk FİNALÇI

İdman

24 Aprel 2024, 20:04

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

 

Modern.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Qəbələ”ni 2 cavabsız qolla məğlub edən “Zirə” həlledici matça vəsiqə əldə edib.

 

Qarşılaşmada hər iki qol ikinci hissədə vurulub. 58-ci dəqiqədə Vladislav Kulaç, 84-cü dəqiqədə isə Rafael Utziq meydan sahiblərinin qapısına yol tapıblar.

 

Bakıdakı ilk görüşdə 2:1 hesablı qələbə qazanan paytaxt təmsilçisi iki matçın nəticəsinə (4:1) əsasən adını finala yazdırıb.

 

Yarımfinalın digər cavab oyununda “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var