Modern.az

Çempionlar Liqasında ikinci yarımfinal oyununa saatlar qaldı

Çempionlar Liqasında ikinci yarımfinal oyununa saatlar qaldı

İdman

1 May 2024, 17:08

Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın ikinci oyunu keçiriləcək.

 

Modern.az xəbər verir ki, "Borussiya" (Dortmund, Almaniya) PSJ-ni (Fransa) qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Bu komandalar arasında cavab qarşılaşması mayın 9-da keçiriləcək.

 

Qeyd edək ki, yarımfinalın ilk oyunu dünən baş tutub.

 

"Bavariya" (Almaniya) öz meydanında "Real"la (İspaniya) heç-heçə edib - 2:2

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI