Modern.az

Rövşən Nəcəfdən AFFA-ya tapşırıq

Rövşən Nəcəfdən AFFA-ya tapşırıq

İdman

1 May 2024, 20:23

AFFA-nın yeni prezidenti qurumun maliyyə hesabatı ilə dərindən tanış olmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, yoxlama yalnız son 1-2 ili əhatə etməyəcək.

 

Rövşən Nəcəf daha əvvəlki illərə aid xərc və gəlirləri öyrənmək fikrindədir.

 

O, bununla bağlı ətraflı raport hazırlanmasını istəyib.

 

Hesabat qarşıdakı 10-15 gün ərzində onun masasının üstündə olmalıdır. Çünki həmin müddətdə AFFA İcraiyyə Komitəsinin yeni tərkibinin ikinci geniş toplantısı keçiriləcək.

 

Qeyd edək ki, Rövşən Nəcəf aprel ayının 2-dən etibarən AFFA-nın prezindenti vəzifəsini icra edir. (Sportinfo)

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI