Modern.az

“Mançester Siti” liderliyə yüksəldi 

“Mançester Siti” liderliyə yüksəldi 

İdman

11 May 2024, 19:13

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVII tura start verilib.

 

Modern.az xəbər verir ki, çempionluq mübarizəsi aparan “Mançester Siti” səfərdə “Fulhem”lə qarşılaşıb. Görüş “şəhərlilər”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qolları Yoşko Qvardiol (2 qol), Fil Foden və Xulian Alvares vurublar.

 

Bu nəticədən sonra xallarını 85-ə yüksəldən “Mançester Siti” liderliyə yüksəlib. “Arsenal” isə 83 xalla ikinci pillədə qərarlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI