Modern.az

"Real” rekordunu TƏKRARLADI

İdman

12 May 2024, 12:23

İspaniyanın "Real" klubu rekordunu təkrarlayıb.

 

Modern.az "Opta Sports" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna La Liqanın XXXV turunda "Qranada"nı 4:0 hesabı ilə məğlub etməklə nail olub.

 

Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv cari mövsüm çempionatda 19 matçda qapısını toxunulmaz saxlayıb.

 

"Kral klubu" 1986/1987 və 1987/1988 mövsümlərində eyni sayda "quru" oyun keçirib.

 

Qeyd edək ki, hazırda 90 xalı olan "Real" mayın əvvəlində çempionluğu təmin edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI