Modern.az

Azərbaycanlı qol güləşçisi super ağır çəkidə Avropa çempionu oldu - FOTO

Azərbaycanlı qol güləşçisi super ağır çəkidə Avropa çempionu oldu - FOTO

İdman

12 May 2024, 14:33

Azərbaycanlı qol güləşçisi, super ağır çəki dərəcəsində yarışan Tərxan Müzəffərov Slovakiyada keçirilən 33-cü Avropa Çempinonatının qızıl medalını qazanıb.

Modern.az-ın xəbərinə görə, Tərxan Müzəffərov super ağır çəkidə İtaliya, Gürcüstan, Ukrayna, Macarıstan və Bolqarıstandan olan güclü rəqiblərini məğlub edərək 1-ci yerin sahibi olub.

Qeyd edək ki, 2014-cü ildən bəri qol güləşi üzrə super ağır çəki dərəcəsində Azərbaycana heç bir medal gəlmirdi.

Tərxan Müzəffərovun bu çəkidə qızıl medal qazanması ilə son 10 ildə super ağır çəkidə Azərbaycana ilk medal daxil olub.




 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI