Modern.az

Millimiz Avropa çempionu oldu

Millimiz Avropa çempionu oldu

İdman

13 May 2024, 11:06

Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar.

 

Modern.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub.

 

Medalların əyarına görə milli komandamız Avropa çempionu olub. İkinci pillədə Türkiyə qərarlaşıb, AİN isə üçüncü olub.

 

Qeyd edək ki, komandamız turnirdə baş məşqçi Fərdi Tağızadənin rəhbərliyi altında 3 idmançı ilə iştirak edib.

Parataekvondoçularımızdan İmaməddin Xəlilov (70 kq) qızıl, Əbülfəz Abuzərli (80 kq) isə gümüş medal qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI