Modern.az

Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçildi

Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçildi

İdman

14 May 2024, 11:56

Azərbaycan Üzgüçülük Federasiyasının yeni vitse-prezident seçilib.

 

Federasiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

 

İclasda Federasiyasının 2024-cü ildə fəaliyyət planı, artıq keçirilən yarışlar, qarşıda nəzərdə tutulan yerli və beynəlxalq turnirlərdə azərbaycanlı idmançıların iştirakı müzakirə olunub. Gündəlikdə olan digər bir məsələdə federasiyanın vitse prezidentinin seçilməsi olub. Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev vitse-prezident vəzifəsinə Tamerlan Abdullazadənin namizədliyini irəli sürüb. Müzakirələrdən sonra komitə üzvləri T. Abdullazadənin namizədliyini yekdilliklə dəstəkləyiblər.

 

T. Abdullazadə buna qədər federasiyanın baş katibinin müavini vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Tamerlan Musa oğlu Abdullazadə 1991-ci ildə Gəncə şəhərində anadan olub. 2009-2013-cü illərdə Beynəlxalq Münasibətlər, 2014-2018-ci illərdə isə Hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini bitirib. Bir sıra xarici ölkələrdə idarəetmə sahəsində proqramlara, treninq və seminarlara qatılaraq müvafiq sertifikatlar əldə edib. Beynəlxalq Koçluq Federasiyasının üzvüdür. 10 ildən artıq olan müddətdə həm dövlət, həm da özəl sahələrdə rəhbər vəzifələrdə çalışıb. Rus, İngilis və Türk dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Son iş yeri Azərbaycan Üzgüçülük Federasiyasının baş katibin müavini olub. Ailəlidir- 2 övladı var.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi