Modern.az

Fudokançılarımız Avropa çempionatıda iştirak edəcəklər - FOTO

Fudokançılarımız Avropa çempionatıda iştirak edəcəklər - FOTO

İdman

15 May 2024, 11:30

15-19 may 2024 tarixlərində Sloveniyanın Podcetrtek şəhərində Fudokan üzrə  27-ci Avropa çempionatı, uşaqlar arasında Avropa kuboku keçiriləcək.

 

Modern.az xəbər verir ki, Avropa çempionatı və Avropa kubokunda iştirak edən Azərbayacan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan üzrə komandasının heyəti aşağıdakı kimi olacaq:

 

Uşaqlar arasında: Mustafazadə Yusif, Məmmədli Mövlan, Məmmədli Mənsumə,
Yeniyetmələr arasında: Mahmudlu Leyla, Qafarlı Rəşidə.
Gənclər arasında: İbrahimli İsmayıl, Abdullayev Mehti, Behbudzadə Şəhriyar, Ələkbərov Tahir
Böyüklər arasında: Həsənov Vahid, Heydərzadə Kamran.

Komandamız yarışa Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Dünya Fudokan Federasiyasının  (ənənəvi karate  üslubu) Azərbaycan üzrə rəsmi nümayəndəsi Vüsal Abdullazadə və  nümayəndəliyin vitse-prezidenti Aqil Soltanovun rəhbərliyi altında yollanıblar.

 

1347864

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı