Modern.az

“Sabah”ın məşqçisi 5 oyunluq cəzalanıb

“Sabah”ın məşqçisi 5 oyunluq cəzalanıb

İdman

16 May 2024, 13:46

AFFA-nın İntizam Komitəsi “Sabah” klubunun 16 yaşadək oğlanlardan ibarət komandasının məşqçisi Nəbi Nəbizadəni 5 oyunluq cəzalandırıb.

 

Modern.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb onun U-16 Liqasında keçirilən “European Football Academy” – “Sabah” matçında hakimlər briqadasını təhqir etməsi olub.

 

“European Football Academy”nin 17 yaşadək oğlanlardan ibarət komandasının üzvü Kənan Aslan isə 4 oyunluq cəzalandırılıb. Buna səbəb futbolçunun “Neftçi”nin U-17 komandasına qarşı görüşdə hakimi təhqir etməsi olub.

 

İntizam Komitəsi Yüksək Qızlar Liqasında Ağcabədini təmsil edən “Olimpiya” klubuna isə 0:3 hesablı texniki məğlubiyyət verib. Buna səbəb “Olimpiya”nın digər Ağcabədi təmsilçisi “Baku Juniors-Olimpiya” ilə matça gəlməməsi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi