Modern.az

“Panatinaikos” Fatih Terimi istefaya göndərdi

“Panatinaikos” Fatih Terimi istefaya göndərdi

İdman

17 May 2024, 13:54

Yunanıstanın "Panatinaikos" klubu türkiyəli baş məşqçi Fatih Terimlə yollarını ayırıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Tərəflərin müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiyi bildirilib.

Qeyd edək ki, F.Terim ötən ilin dekabrında "Panatinaikos"un baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda hazırda ölkə çempionatında 71 xalla 4-cü pillədə qərarlaşıb və çempionluq şansını itirib. Ancaq komanda ölkə kubokunun finalına yüksəlib. "Panatinaikos" mayın 25-də finalda "Aris"lə qarşılaşacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi