Modern.az

İdmançımız Yaponiyada dünya çempionu oldu 

İdmançımız Yaponiyada dünya çempionu oldu 

18 May 2024, 13:20

Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

 

Milli Paralimpiya Komitəsindən Modern.az-a verilən məlumata görə, idmançı T13 kateqoriyasında 100 metr məsafəni 11.94 saniyəyə başa vurub.

 

L.Vəliyeva bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.

 

Qeyd edək ki, bu, 22 yaşlı Paralimpiya çempionunun ümumilikdə üçüncü dünya çempionluğudur. L.Vəliyeva ötən il Parisdə təşkil edilən mundialda 100 və 400 metr məsafələrə qaçış üzrə qızıl medal qazanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Zakir Fərəcovun 3 milyonluq borcu -iş adamlarına hədə-qorxu gəlinir