Modern.az

"Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm"

İdman

18 May 2024, 15:27

"Bu gün üçüncü dəfə dünya çempionu oldum. Özümlə qürur duyuram”.

 

Modern.az xəbər verir ki, bu sözləri Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan atleti Lamiyə Vəliyeva deyib.

 

T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxan 22 yaşlı idmançı özündən bu nəticəni gözlədiyini bildirib.

 

O, növbəti hədəflərindən də bəhs edib: “Qarşıda məni 400 metr məsafə üzrə daha bir final gözləyir. Oraya hazırlaşıram. Həmin məsafədə də özümdən gözləntim çoxdur. Vətənimi layiqincə təmsil edəcəyəm".

 

Qeyd edək ki, Lamiyə üzrə finişə 11.94 saniyəyə çataraq dünya çempionu olub. Bu, onun ümumilikdə üçüncü dünya çempionluğudur. İdmançı ötən il Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında da 100 və 400 metr məsafəyə qaçış üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?