Modern.az

Cüdoçularımız dünya çempionatında - YENİLƏNİB

Cüdoçularımız dünya çempionatında - YENİLƏNİB

19 May 2024, 16:23

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə start veriblər.

 

Modern.az xəbər verir ki, yarışın ilk günü Azərbaycanın üç idmançısı tatami üzərinə çıxıb.

 

Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq), qadınların yarışında isə Leyla Əliyeva (48 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurub.

 

Qeyd edək ki, millimiz mundiala 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Çempionat mayın 19-dan 24-dək davam edəcək.

 

***

08:32

 

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatı start götürəcək.

 

Modern.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 3 cüdoçusu tatami üzərinə çıxacaq.

 

Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kiloqram), qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kiloqram) qüvvəsini sınayacaqlar.

 

İlk görüşlərdə B. Ağayev Muhammadsoleh Quvatov (Tacikistan) / Miçel Auqsto (Braziliya) cütünün qalibi ilə, T. Bayramov Ariunbold Enxtayvan (Monqolustan) ilə, L.Əliyeva isə Kristina Dudina (Fərdi Neytral İdmançılar - AIN) ilə qarşılaşacaq.

 

Qeyd edək ki, mayın 23-dək davam edəcək dünya çempionatında 100-dən çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparacaq. Azərbaycan millisi turnirdə qadınlar və kişilər arasında 8 çəki dərəcəsi üzrə ümumilikdə 11 cüdoçu ilə təmsil olunur

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi