Modern.az

"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub etdi

İdman

19 May 2024, 22:40

Türkiyə Superliqasında XXXVII tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, turun mərkəzi oyununda lider "Qalatasaray" doğma meydanda "Fənərbağça"nı qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü vurub.

 

"Fənərbağça" 21-ci dəqiqədə meydanda azlıqda qalıb. Belə ki, Aleksandr Ciku ikinci sarı vərəqə ilə meydanda qovulub.

 

Turnir cədvəlində ikinci pillədə yer alan "Fənərbağça" bu qələbə ilə xallarını 96-ya çatdırıb. 99 xalı olan "Qalatasaray" isə ilk sırada qərarlaşıb.

 

Qeyd edək ki, Superliqada çempionluğun taleyinə son turda aydınlıq gələcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı