Modern.az

Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların ADLARI

Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların ADLARI

20 May 2024, 10:30

Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib.

 

Modern.az Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 10 komanda - "Ağstafa Dilbaz", "Elit", "Embavud", "Köhlən", "Qarabağ", "Omar", "Polad", "Sərhədçi", "Şirvan" və "Zəfər" iştirak edəcək.

 

Mayın 21-də keçiriləcək açılış mərasimində milli atlarımızın iştirakı ilə 10 peşəkar çövkən komandasının mövsüm ərzində çempionluq uğrunda mübarizəsi başlayacaq. Tədbirdə Qarabağ atlarının bu il Böyük Britaniyada nümayiş etdiyi möhtəşəm şou nömrəsi və komandalar arasında ilk turun iki oyunu keçiriləcək. Qarşılşamalar püşkatma əsasında müəyyən ediləcəkdir. Liqanın 1-ci turunun qalan 3 oyunu isə mayın 22-də eyni məkanda baş tutacaq.

Qeyd edək ki, açılış mərasimindən bir gün əvvəl, mayın 20-də saat 12:00-da eyni məkanın Elit Park restoranında mətbuat konfransı püşkatma mərasimi təşkil olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi