Modern.az

Güləşçilərimiz Avropa çempionatının yarımfinalında

Güləşçilərimiz Avropa çempionatının yarımfinalında

İdman

20 May 2024, 13:56

Azərbaycanın üç yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Modern.az xəbər verir ki, Rəşad Məmmədov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram) və Xasay Həsənli (77 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

R. Məmmədov gürcüstanlı Giorgi Toxadzeni, Z. Babaşov israilli Abere Feteneni, X. Həsənli isə Rumıniyalı Aleksandrin Qutunu sınağa çəkəcək.

Bu gün xalça üzərinə çıxan digər Azərbaycan güləşçilərindən Laçın Vəliyev (87 kiloqram) təsnifatda, Sərxan Məmmədov (130 kiloqram) isə 1/4 finalda uduzub.

Qeyd edək ki, Avropa çempionatına mayın 24-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi