Modern.az

Cüdoçumuz dünya çempionatında finala yüksəldi

Cüdoçumuz dünya çempionatında finala yüksəldi

20 May 2024, 15:47

Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında finala yüksəlib.

 

Modern.az xəbər verir ki, 73 kiloqramda mübarizə aparan idmançı yarımfinalda almaniyalı İqor Vandtkeni məğlub edib. Onun həlledici qarşılaşmada rəqibi Tatsuki İşihara (Yaponiya) – Ankzaya Lavjarqal (Monqolustan) cütünün qalibi olacaq.

 

Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçuları - Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kiloqram) və Açelya Toprak (57 kiloqram) yarışı medalsız başa vurublar.

 

Qeyd edək ki, dünya çempionatı mayın 23-də başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi