Modern.az

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli oldu

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli oldu

İdman

20 May 2024, 17:50

Azərbaycanın futbol üzrə I, II və Region Liqasında pley-off oyunlarının vaxtı açıqlanıb.

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk qarşılaşmalar mayın 28-29-da, cavab matçları isə iyunun 4-5-də keçiriləcək.

Qeyd edək ki, 2024/2025-ci illər mövsümündə I Liqada çıxış etmək uğrunda həmin çempionatda 9-cu yeri tutmuş klubla II Liqada 2-ci olmuş komanda üz-üzə gələcək.

Növbəti mövsüm II Liqada mübarizə aparmaq uğrunda isə 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı qarşılaşacaq.

Bununla əlaqədar mayın 25-də iddiaçı klubların təmsilçiləri ilə görüş keçiriləcək, pley-off mərhələlərinin püşkü atılacaq, eləcə də oyunların təşkilinin detalları müzakirə olunacaq.

I və II Liqa

İlk oyun: 28 may

Cavab oyunu: 04 iyun

II Liqa və Region Riqası

İlk oyun: 29 may

Cavab oyunu: 05 iyun

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdakı silahlı insidentdə qətlə yetirilən polislər torpağa tapşırıldı